Gənc Tamaşaçılar Teatrı mövsümün ən yaxşılarını seçəcək

Gənc Tamaşaçılar Teatrı mövsümün ən yaxşılarını seçəcək
21:02 16 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 fevral. REPORT.AZ/ Gənc Tamaşaçılar Teatrı mövsüm ərzində fəallıqları, potensialı ilə seçilən əməkdaşlarına “Sima” mövsümi mükafatını təqdim edəcək.
Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, mükafat Gənc Tamaşaçılar Teatrı – ASSİTEJ –Azərbayan Milli Mərkəzi tərəfindən təsis edilib.
Bildirilib ki, bu mövsüm uğurlu obrazları “ən yaxşı tamaşa”, “mövsümün ən yaxşı xarakterik obraz ifaçısı”, “mövsümün ən fəal ictimaiyyətçi əməkdaşı”, “mövsümün ən uğurlu baletmeysteri”, “mövsümün seçilən aktyoru”, “mövsümün ən məhsuldar aktyoru” “mövsümün ən məhsuldar aktrisası”, “mövsümün ən yaxşı texniki işçisi”, “mövsümün perspektivli aktyoru”, “teatrın dostu”, “mövsümün ən işgüzar əməkdaşı”, “mövsümün ən yaxşı epizodik rol ifaçısı” nominasiyası üzrə olmaqla 12 adda müəyyənləşdirilib.
Teatrın 89-cu mövsümünün sonunda qaliblər üzrə münsiflər heyətinin gizli səsvermə yolu ilə nominantları müəyyənləşdiriləcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/genc-tamasacilar-teatri-movsumun-en-yaxsilarini-sececek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR