23 yaşlı Şəfəq intihar etmək istədi

23 yaşlı Şəfəq intihar etmək istədi
21:06 16 Fevral 2017
124 Ölkə
Ölkə mətbuatı
A- A+

Göyçay rayonunda intihara cəhd hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bığır kəndində qeydə alınıb. Kənd sakini, 1994-cü il təvəllüdlü Rəsulzadə Şəfəq Eldar qızı yaşadığı evdə sirkə turşusu içərək intihara cəhd edib. O, təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatı xilas olunub. Ailəli olan gənc qadının hansı səbəbdən özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/518273.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR