Münhendə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirə aparılıb

Münhendə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirə aparılıb
21:17 16 Fevral 2017
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 fevral. REPORT.AZ/ Münhen görüşü zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Riçard Hoqland (ABŞ) və Ermənistan XİN başçısı Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirə aparıblar.
“Report”un RİA "Novosti”yə istinadən verdiyi xəbərə görə, məlumatı Ermənistan XİN-in mətbuat xidməti yayıb.
Görüş zamanı bildirilib ki, Vyana və Sankt-Peterburqda əldə olunmuş razılaşmaların reallaşdırılması münaqişənin sülh yolu ilə nizama salınmasında lazımi şəraitin yaradılması üçün vacibdir.
Görüşdə həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/munhende-dagliq-qarabag-munaqisesinin-helline-dair-muzakire-aparilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR