Məşhur hakim Premyer Liqadan imtina etdi

Məşhur hakim Premyer Liqadan imtina etdi
21:57 16 Fevral 2017
94 İdman
Ölkə mətbuatı
A- A+

Məşhur ingilis hakim Mark Klatenburq maraqlı qərarla diqqət mərkəzinə gəlib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ədalət təmsilçisi artıq İngiltərə Premyer Liqasında matç idarə etmək istəmir.
 
2016-cı ildə Avropanın ən yaxşı hakimi adına layiq görülən Klatenburq bundan sonra Səudiyyə Ərəbistanı birinciliyində fit çalacaq. BBC xəbər verir ki, o, artıq bu qərarı barəsində İngltərə Futbol Federasiyasına rəsmi müraciət edib.
 
Qeyd edək ki, 41 yaşlı ədalət təmsilçisi 1993-cü ildən hakimlik edir. 2006-cı ildən isə FİFA dərəcəsi daşıyır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/518287.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR