Amerikalı və rusiyalı generalların görüş məkanı kimi Bakının seçilməsi təsadüfü deyil

Amerikalı və rusiyalı generalların görüş məkanı kimi Bakının seçilməsi təsadüfü deyil
22:05 16 Fevral 2017
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Amerikalı və rusiyalı generalların görüş məkanı kimi Azərbaycanın paytaxtı Bakının seçilməsi heç də təsadüfi deyil. Paytaxtımız hərbi-siyasi baxışlarına görə iki qütbə bölünmüş dünyada dialoq məkanı kimi tanınır. Bu, həm də Azərbaycan dövlətinin azad və müstəqil siyasi xəttinin olmasının, beynəlxalq nüfuzunun, rəsmi Bakıya inam və etibarın nəticəsidir.

Milli.Az bildirir ki, bu fikirləri ABŞ-ın Baş Qərargahlar rəisi general Cozef Danford ilə Rusiya müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun Bakıda keçirilən görüşünü AZƏRTAC-a şərh edən hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib.

Ramil Məmmədli deyib ki, bu görüşün Bakıda keçirilməsi Azərbaycan dövlətinin həyata keçirdiyi müstəqil və balanslı siyasətin dünyanın güc mərkəzləri və böyük ölkələri tərəfindən hörmətlə qarşılanması və qəbul edilməsinin əyani təsdiqidir. Bu, o deməkdir ki, Azərbaycan həm ABŞ, həm də Rusiya ilə yaxın münasibətlər qurub, strateji tərəfdaşlıq əlaqələrini inkişaf etdirib. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu diplomatik missiya nəticəsində Azərbaycan dünyanın güc mərkəzləri, nüfuzlu beynəlxalq təşkilatları, aparıcı siyasi, iqtisadi və humanitar dairələri ilə sıx əlaqələr qurub və onların böyük hörmətini qazanıb. Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak etməsi ilə bir daha sülhpərvər ölkə olduğunu hər kəsə bəyan etdi. Azərbaycan regional konfliktlərin, qarşıdurmaların, gərginliyin aradan qaldırılmasında mühüm rola malikdir, barışdırıcı missiya həyata keçirir. Ölkəmiz Rusiya ilə Türkiyə arasında gərginliyin aradan qaldırılmasında fəal rol oynadı. Bunu Türkiyə rəhbərliyi də etiraf etdi. Bundan başqa, Azərbaycan-Rusiya-İran, Azərbaycan-Türkiyə-Gürcüstan və digər əməkdaşlıq formatlarında rəsmi Bakının fəaliyyəti də göz qabağındadır. Bir sözlə, Azərbaycanda mövcud olan sabitlik, təhlükəsizlik ölkəmizi belə yüksək səviyyəli görüşlərin keçirilməsi üçün ideal məkana çevirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/518290.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR