Məqbərədə partlaiış: həlak olanların sayı 70 nəfəri keçdi - YENİLƏNİB

Məqbərədə partlaiış: həlak olanların sayı 70 nəfəri keçdi - YENİLƏNİB
22:05 16 Fevral 2017
87 Dünya
Ölkə mətbuatı
A- A+

21:57

Pakistanın Sind əyalətinin Sexvan Şərif şəhərindəki sufi şair və filosofu Lala Şaxbaz Kalandar məqbərəsində törədilən partlayış nəticəsində həlak olanların sayı 70 nəfəri keçib, 150-dən çox insan yaralanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, terror aktını kamikadze ölüm kəmərini partlatmaqla törədib.

Hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

20:37

Pakistanın Sind əyalətinin Sexvan Şərif şəhərindəki sufi şair və filosofu Lala Şaxbaz Kalandar Mavzoleyində partlayış törədilib. Nəticədə 50-dən çox insan həlak olub, təxminən 100 nəfər yaralanıb.

Pakistan mətbuatının məlumatına görə, partlayış sufi mərasimi keçirilərkən kamikadze tərəfindən törədilib. Hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/518289.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR