Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə sahəsində əməkdaşlıq memorandumu imzalayacaq

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə sahəsində əməkdaşlıq memorandumu imzalayacaq
22:07 16 Fevral 2017
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Tbilisi. 16 fevral. REPORT.AZ/ Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə sahəsində əməkdaşlıq haqqında memorandum imzalayacaq.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə razılıq Gürcüstan və Türkiyəin müdafiə nazirləri Levan İzoriya ilə Fikri İşıkın fevralın 16-da Brüsseldə keçirilən görüşü zamanı əldə olunub.
Gürcüstanın müdafiə idarəsinin mətbuat xidmətindən bildirildiyinə görə, görüşdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Nazirlər bu formatda əməkdaşlığa dair memorandum imzalamaq niyyətindədirlər. Memorandumun layihəsinin hər üç ölkənin müdafiə nazirlərinin bu ilin mayında Tbilisidə keçiriləcək görüşündə imzalanması planlaşdırılır.
Nazirlər hər üç ölkənin baş qərargah rəislərinin bu ilin aprelində Tbilisidə keçiriləcək görüşü barədə məsələni də müzakirə ediblər.

Xəbərin orijinal ünvanı: https://report.az/herbi/azerbaycan-gurcustan-ve-turkiye-mudafie-sahesinde-emekdasliq-memorandumu-imzalayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR