Ölüm bəladır, yoxsa nemət?

Ölüm bəladır, yoxsa nemət?
22:12 16 Fevral 2017
216 Ölkə
Ölkə mətbuatı
A- A+

Bütün insanları tarix boyu maraqlandıran ən mühüm mövzulardan biri - ölümdür. Hər bir insan bir gün öləcəkdir və indiyə qədər sağ olan birisi ola bilsin ki, sabah sağ qalmasın. Biri cavan yaşında, biri körpə və o birisi isə ahıl yaşında dünyasını dəyişir.

Çünki ölüm Allahın dəyişilməz qanunlarındandır ki, əvvəl-axır hər bir canlıya şamil edilir. "Bunun (yerin)üzərində (insan və cinlərdən) olan hər bir kəs fənaya məhkumdur". ("Rəhman" 26).
Bəzi vaxtlar görürük ki, bir qoca xəstəxananın bir küncündə yatır və heç bir şey yemədən, hərəkətsiz halda yaşayır. Ancaq anidən yol qəzası keçirən biri cavan və sağlam olduğuna baxmayaraq, ölür. Ağrılıdır, ancaq həqiqətdir.
Bəs ölüm nədir, bəladırmı, yoxsa nemət?
Milli.Az deyerler.org-a istinadən bildirir ki, "Rəhman" surəsində Uca Allahın bəndələrinə əta etdiyi çox sayda nemətin adı çəkilmişdir. Hər bir xəlq olmuş baxmayaraq ki, nemətə malikdir, o demək deyildir ki, həmişə xoşluqda və rahatlıqda olmalıdır. Nemət olması üçün elə bu kifayədir ki, özü ilə xeyir gətirsin. Yəni, faydası və xeyri ziyanından çox olsun.
O zaman ki, bu baxışla ölümə nəzər salırıq, görürük ki, ölüm bir nemətdir. Çünki ölüm yox olmaq demək deyildir, əslində başqa bir dünyaya açılan pəncərədir. (Erfan)
Dünya, bütün nemətlərinə baxmayaraq, hər bir mömin üçün zindandır. Hər kim bu dünyadan xaric olar, zindandan xaric olmuş olar.
Ölüm dünya üçün yaşayanlara deyir ki, həyat bununla bitmir. Ona görə də ona çox bağlanmayın. Ondan axirətə çatmaq üçün bəhrələnin.
Bütün bu deyilənlərdən belə nəticəyə gəlmək olur ki, ölüm - mömin üçün İlahi nemətdir. Çünki mömin davamlı olaraq özünü bu dünyada zindanda hiss edər, əziyyət çəkər, inciyər. Lakin bilər ki, onu əbədi bir rahatlıq gözləyir və ona bir gün qovuşacaqdır. Ölümün intizarını çəkər. O zaman ki, ölümü gəlib çatar, zindandan azad olduğu üçün sevinər. Əlbəttə də ki, bu cür ölüm bir nemətdir, bəla deyil.
Bəla o zaman olur ki, insan dünyaya bağlıdır və axirətə əliboş gedir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/517778.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR