Siçovullar ölümcül xəstəliklər yayırlar

Siçovullar ölümcül xəstəliklər yayırlar
22:17 16 Fevral 2017
138 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın New York şəhərində leptospiroz bakteriyasına yoluxan üç nəfərdən biri ölüb. Bu nadir bakteriya xəstəliyi adətən siçovulların sidiyi ilə yayılır.

Milli.Az BBC-yə istinadən bildirir ki, New York şəhəri səhiyyə rəsmiləri infeksiyaların şəhərin Bronx rayonunda eyni məhlədə baş verdiyini təsdiqləyiblər.

Qaraciyər və böyrək çatışmazlığına görə ağır xəstəlik keçirən 3 xəstə xəstəxanaya yerləşdirilib.

Şəhər rəsmiləri son iki ay ərzində baş verən yoluxmaların ilk dəfə ardıcıl şəkildə eyni ərazidə baş verdiyini deyiblər.

rat in the city

Xəstələrdən biri yoluxmadan ölüb, lakin digər xəstələr sağalıb və artıq xəstəxanadan buraxılıblar.

2006-2016-cı illər arasında New York şəhərində 26 leptospiroz yoluxması barədə xəbər verilib, New York Times qəzeti deyib.

Bir qadın istisna olmaqla, yoluxan şəxslərin hamısı kişi olub.

Eyni dövrdə yoluxmanın ən çox müşahidə olduğu rayon- 8 yoluxma ilə Bronx olub.

Leptosprioz (həmçinin Weil xəstəliyi) siçovul və başqa heyvənların mayesi ilə yayılır və insanın bədəninə yara, göz, ağız və ya burundan daxil ola bilir.

Xəstəliyin simptomlarına qızdırma, ürək bulanması, azələ ağrıları, qusma və ishal daxildir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/518292.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR