İnfarktdan sonrakı sindromlar

İnfarktdan sonrakı sindromlar
22:42 16 Fevral 2017
196 Ölkə
Ölkə mətbuatı
A- A+

Döş qəfəsinin ön divarının sindromu miokard infarktının yaranmasından bir neçə həftədən sonra inkişaf etməyə başlayır və əlamətlər aydın şəkildə özünü göstərir.Belə ki,bu zaman parasternal nahiyədə müxtəlif intensivli ağrılar meydana çıxmağa başlayır.Palpasiya zamanı döş-qabırğa birləşmələri ağrılı olur,xəstə qollarını qaldırdıqda ağrılar baş verir.Döş qəfəsinin ön divarı sindromu,adətən hərarətin qalxması və iltihabın laborator əlamətləri ilə müşayət olunmur.Böyük dozalı qeyri-steroid iltihab əleyhinə preparatlarla və hətta qlükokortikosteroidlərlə rezistent olur.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, kliniki simptomlarla yaranma müddətinə və gedişinə görə bu sindroma çiyin sindromu daha yaxındır.
Çiyin sindromu
Çiyin sindromu çiyin oynaqlarında ağrılarla xarakterizə olunur.Ağrılar bəzən sağda,bəzən solda,bəzən isə hər iki tərəfdə müşayət olunur.Ağrıların sonrakı proqressivləşməsi aşağıdakılara səbəb olur:
- oynaqlarda hərəkətin məhdudluğu
- zədələnmiş ətrafların vazomator pozğunluqları
- davamlı ağrılar
Döş qəfəsinin ön divarı sindromu və çiyin sindromunun patogenezi tam aydın deyildir.Bu sindromların əmələ gəlməsində simpatik sinir sisteminin müvafiq düyünlərindəki patoloji dəyişiklikləri və reflektor-distrofik pozğunluqların rolu haqqında fikirlər də vardır.
Bəzi mütəxəssislər bu sindromlara autoimmun sindromun özünəməxsus variantı kimi baxırlar.
Diaqnoz xəstənin şikayətlərinə və anamnezə əsaslanaraq qoyulur.
Müalicə zamanı ağrıkəsicilərdən və kortikosteroidlərdən istifadə edilir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/517797.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR