Avropa Parlamenti robotların istifadəsinə görə vahid qaydalar yaratmağa çağırıb

Avropa Parlamenti robotların istifadəsinə görə vahid qaydalar yaratmağa çağırıb
22:52 16 Fevral 2017
110 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 fevral. REPORT.AZ/ Avropa Parlamenti (AP) robotlardan istifadə üzrə Avropa İttifaqı səviyyəsində qaydalar yaratmağa çağırıb.
"Report" xəbər verir ki, bu barədə AP-nin plenar sessiyasının qətnaməsində qeyd olunur.
"Sürətlə artan robot texnikası sahəsində, xüsusilə etnik standartların gücləndirilməsi və ya sürücüsü olmayan maşınlarla baş verən hadisələrə görə məsuliyyətin müəyyən edilməsi üçün ümumavropa qaydalarına ehtiyac var", - deyə AP-nin mətbuat xidməti cümə axşamı qəbul olunmuş qətnaməyə istinadən məlumat yayıb.
Qeyd olunur ki, AP Avropa Komissiyasını robot texnikası və süni intellektin iqtisadi potensialından tam istifadə, həmçinin onların tətbiqi üzrə vahid səviyyəni təmin etmək üçün müvafiq qanun layihələri hazırlamağa çağırır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/avropa-parlamenti-robotlarin-istifadesine-gore-vahid-qaydalar-yaratmaga-cagirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR