12 futbolçu danışılmış oyunlara görə cəzalandı

12 futbolçu danışılmış oyunlara görə cəzalandı
22:57 16 Fevral 2017
70 İdman
Ölkə mətbuatı
A- A+

Ukraynanın "Metallist" klubunun gənclərdən ibarət komandalarının 12 sabiq futbolçusu danışılmış oyunlarda iştirakları səbəbindən diskvalifikasiya olunub.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Ukrayna Futbol Federasiyasının (UFF) Nizam-İntizam Komitəsi qərar verib.
Qərara əsasən, Maksim Averyanov, Nikita Bezklubyuk, Boqdan Boyçuk, Daniil Klyuçka, Ruslan Kovtok, Yevgeni Malik, Aleksandr Medvedev, Rəmzi Ramazanov, Sergey Sizı, Dmitri Skarjinski, Daniil Solomaxa və Denis Tkaçenko 6 aydan 3 ilədək futboldan kənarlaşdırılıblar.
Qeyd edək ki, 2016-cı ilin sentyabrında UFF-in Etika və Ədalətli Oyun Komitəsinin "Metallist"in gənclər və yeniyetmələrdən ibarət komandalarının 14 futbolçusunun oyunları bilərəkdən uduzmaqda şübhəli bildiyi müəyyənləşib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/518301.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR