Dünyada behişt yaradan amillər

Dünyada behişt yaradan amillər
23:12 16 Fevral 2017
123 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir bağ o zaman təravətli və xürrəm olur ki, kənarında arx axar və ya suya malik olar. Əgər bu bağda su olmazsa, hətta mərmər daşlarla bəzənsə belə, faydası olmaz.

Eyni zamanda əgər bu zülal su çox olarsa, ancaq arxdaqərar tutmazsa, hədər getməkdən başqa hasili olmaz.
Dinimizdə də o cürdür. Namaz, oruc, hicab, zahiri əməl və bütün dini ədəblər həmin arxa bənzəyir. Bütün yaxşılıqlar: səxavət, kəramət, alicənablıq, sədaqət... həmin suya bənzəyir. Əgər bu ikisi bir-birinin yanında olarsa, o zaman xürrəm bağı meydana gətirərlər. Əgər hər biri o birisindən uzaqda qalarsa, zay olar.
Dinimiz buyurur ki, əgər kamala çatmaq istəyirsənsə, gərək imanın yanında saleh əməlin də olsun. Saleh əməl imanın zahiri təzahürüdür.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, hər kim həqiqi imana çatar, rəftar və davranışları da yaxşı olar. "Allah iman gətirib yaxşı işlər görən kəslər üçün bağışlanma və böyük mükafat olacağını vəd etmişdir". ("Maidə" 9).
Hədislərin birində oxuyuruq: "İman - qəlblə təsdiq, dillə etiraf və əməldə öhdəçilikdir".
O kəs ki, namaz qılar, ancaq namazının səfası və təravəti olmazsa - onun üçün faydasız olar. (Erfan)
Qurani-Kərim başqa yerdə buyurur: "Əlbəttə, Allaha və Onun peyğəmbərlərinə kafir olan, Allahla Onun peyğəmbərləri arasında (peyğəmbərlərin haqq olmaları və onlara etiqad bəslənilməsi baxımından) ayrılıq salmaq istəyən, "biz bəzilərinə iman gətirir, bəzilərinə isə kafir oluruq" deyən və onların (hamısına iman gətirməklə hamısına kafir olmaq) arasında bir yol tutmaq istəyən kəslər - onlar əslində həmin (əsil) kafirlərdir". ("Nisa" 150).
O namazda ki, insan Allahı ilə sadiq olmaz, baxmayaraq ki, namazı gözəl avazla qılmışdır - susuz bağa bənzəyər. Susuz olduğuna görə də tez quruyar və məhvə doğru gedər. Ona görə də faydası olmaz.
Ancaq o namaz və ibadət ki, qəlb hüzuru ilə, səfa və diqqətlə yerinə yetirilər, Allah onun nəticəsini hədər etməz, əksinə gözəl bu bağa çevirər ki, ətrafında olanlara xürrəmlik və təravət bəxş edər.
Ona görə də əgər həyatımızda behişt yaratmaq istəyiriksə, gərək arxla birlikdə suya da diqqət edək və çalışaq bu su arxın yolunda qərar tutsun, ondan uzaqda deyil.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/517779.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR