Goranboyda yolu süpürən qadını maşın vurub

Goranboyda yolu süpürən qadını maşın vurub
23:22 16 Fevral 2017
172 Ölkə
Ölkə mətbuatı
A- A+

Goranboy. 16 fevral. REPORT.AZ/ Səhər saatlarında Goranboyda yolda təmizlik işləri aparan qadını maşın vurub.
"Report"un Qərb bürosu xəbər verir ki, 1958-ci il təvəllüdlü rayon sakini Rahilə Nağıyevanı vuran nəmalum avtomobil hadisə yerindən qaçıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan zərərçəkən Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Travmatologiya şöbəsinə yerləşdirilən R.Nağıyevanın vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı Goranboy rayon polis şöbəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/goranboyda-yolu-supuren-qadini-masin-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR