Kilsəsi eynicinsli nikah barədə qətnaməni rədd etdi

Kilsəsi eynicinsli nikah barədə qətnaməni rədd etdi
23:37 16 Fevral 2017
112 Maraqlı
Ölkə mətbuatı
A- A+

İngiltərə kilsəsinin baş məclisi böyük səs çoxluğu ilə yepiskoplar palatasının eynicinsli nikaha kilsə münasibətinin vacibliyini əks etdirən və mübahisələrə səbəb olan hesabatı rədd edən qərar qəbul edib.

Yepiskoplar palatasının hesabatında kilsəni xristianlar arasında homoseksuallara qarşı "böyük açıqlıq və dəstək" çağırış əks olunmuşdu.

Bununla yanaşı sənəddə qeyd olunub ki, kilsə nigahı yalnız kişi və qadın arasında bağlanmalıdır, kilsə eynicinslərin evliliyinə xeyir-dua verməməlidir. İngiltərə kilsəsini baş məclisi yepiskoplar, din xadimləri və miryan palatasından ibarətdir.

Yepiskoplar palatasında bu qətnaməni 43 nəfər lehinə, bir nəfər əleyhinə, miryan palatasında 106 lehinə, 83 nəfər əleyhinə səs verib. Din xadimləri palatasında isə cəmi 93 ruhani sənədi dətəkləyib, 100 nəfər isə etiraz edib.

Bu qətnamənin İngiltərə kilsəsinin rəsmi mövqeyi kimi irəli sürməsi üçün Baş Məclisin hər üç palatası sənədi qəbul etməlidir.

Hazırda Yepiskoplar Palatası yeni qətnamə layihəsi hazırlamalıdır.

Məclisə gedən ruhaniləri qarşılayan LGBT fəalları onları mübahisəli qətnaməni qəbul etməməyə çağırıb

Ruhanilərin səsvermənin nəticələri hüquq müdafiəçilərini və LGBT fəallarını sevindirib, onlardan bəziləri sənədin müzakirə olunduğu otağın qapısı qarşısında aksiya keçiriblər.

LGBT-nin veteran hüquq müdafiəçisi Peter Tatchell ruhanilərin bu qərarını məhəbbətin və bərabərliyin qələbəsi kimi qiymətləndirib.

Onun sözlərinə görə, hesabatda təklif olunanlar genişmiqyaslı diskriminasiyadır, hansı ki, kilsə tərəfindən sanksiyalaşdırılıb.

"Bu, eynicinsdən olanları kilsə xeyir-duası almaq hüququndan məhrum edir, baxmayaraq ki, kilsə it və pişiklərə də xeyir dua verir. Bu isə tamamilə qanuni olan və həmcinsləriylə nigahda olan kahinlərin karyera inkişafından məhrum olmalarına bir siqnaldır", - deyə Tatchell bildirib.

Bununla yanaşı mühafizəkar xristianlar səsvermənin nəticələrindən razı qalıblar.

Fəal

Ruhani Pete Broadbent-in sözlərinə görə, LGBT fəalları və homoseksualların haqlarının genişlənməsini istəyən tərəfdarları çox şey tələb edirlrər.

"Bizim vəzifəmiz kilsədə birliyi təmin etmək və ümumi razılığın olduğu kilsədə hərəkət etməkdir. Fəallar isə bizdən imkanlarımız xaricində daha irəli və tez getməyimiz istəyirlər", - deyə ruhani bildirib.

2014-cü ildən Böyük Britaniyada həmcinslərin nigahı qanuniləşib. Buna qədər həmcinslər yalnız vətəndaş nigahı bağlaya bilərdilər.

İngiltərə kilsələrində bu məsələ ilə bağlı ciddi fikir ayrılıqları var. Lakin qanun qəbul olunana qədər ali ruhanilər həmcinslərin nigahının dəstəkləməsi təşəbbüsünə fikir bildirməmişdilər.

Nəticədə İngiltərə kilsəsi homoseksualları yepiskopların sırasına buraxdı. 2015-ci ilin payızında isə həmcinsi ilə nigahda olan kahin Baş Məclisə seçildi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/518172.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR