"2106" qadını vurub qaçdı

"2106" qadını vurub qaçdı
00:34 17 Fevral 2017
151 Digər
Ölkə mətbuatı
A- A+

Goranboyda yolu süpürən qadını avtomoibl vurub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Goranboy şəhərində qeydə alınıb. Rayon sakini, Kommunal müəsissələr kombinatının süpürgəçisi 1958-ci il təvəllüdlü Nağıyeva Rahilə İsa qızı yolu süpürərkən avtomobillə vurulub. Bud sümüyünün sınığı və müxtəlif bədən xəsarətləri alan qadın Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, qadını vuran “VAZ 2106” markalı avtomobil hadisə yerindən uzaqlaşıb.

 

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267831

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR