Elmar Məmmədyarov Münhendə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Elmar Məmmədyarov Münhendə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
00:47 17 Fevral 2017
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 fevral. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik konfransı çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Riçard Hoaqland (ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Andjey Kaspişik ilə görüşüb.
"Report" Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Sankt-Peterburq görüşündəki müzakirələrinin davamı olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin intensivləşdirilməsinə dair fikir mübadiləsi aparılıb.
Nazir Elmar Məmmədyarov münaqişənin həlli prosesində irəliləyişə nail olmaq üçün substantiv danışıqlara başlamaq məqsədilə səylərin artırılmasının vacibliyini vurğulayıb.
Görüşdən sonra ATƏT-in Minsk qrupu həmsədrlərinin dəvəti əsasında həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə birgə şam yeməyi olub.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/elmar-memmedyarov-munhende-atet-in-minsk-qrupunun-hemsedrleri-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR