"Şəmkir" baş məşqçisinə qapını göstərdi

"Şəmkir" baş məşqçisinə qapını göstərdi
04:07 17 Fevral 2017
136 İdman
Ölkə mətbuatı
A- A+

Növbəti mövsümdən Premyer Liqada oynamaq istəyən “Şəmkir” baş məşqçisiylə yolları ayırıb. Fanat.Az xəbər verir ki, Qəhrəman Əliyevin istefaya göndərildiyini klubdan təsdiqləyiblər.

 

Birinci divizionun XV turunda “Rəvan”dan alınan 1:2 hesablı yenilgi rəhbərliyin radikal addım atmasını şərtləndirib. Əliyevin köməkisi Mehman Yunusov onun səlahiyyətlərini müvəqqəti olaraq icra etsə də, qərblilər yeni çalışdırıcı axtarışındadı. Qəhrəman bəyin boşaltdığı posta 3 adı açıqlanmayan namizəd var.

 


Fanat.Az 

 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotmkirquot-ba-mqcisin-qapn-gostrdi-t56312.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR