Netanyahu Yaxın Şərq nizamlanması üçün əsas şərtləri açıqlayıb

Netanyahu Yaxın Şərq nizamlanması üçün əsas şərtləri açıqlayıb
04:47 17 Fevral 2017
132 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 fevral. REPORT.AZ/ Fələstinlilərin yəhudi dövlətini məhv etmək arzularından əl çəkməsi, həmçinin İsrailin İordan çayının Qərb Sahili üzərində nəzarətinin saxlanılması Yaxın Şərq münaqişəsinin sülh yolu ilə nizamlanması üçün əsas şərtlərdir.
"Report" xəbər verir ki, bunu İsrailin baş naziri Binyamin Netanyahu MSNBC telekanalına müsahibəsində bildirib.
"Mən həmişə demişəm ki, ad önəm daşımır, əsas mahiyyətdir", - deyə Netanyahu Yaxın Şərq nizamlanmasına yanaşmanın necə olması ilə bağlı fikir bildirərkən söyləyib.
"Sülh üçün fələstinlilərin nəhayət yəhudi dövlətini qəbul etmələri və onu məhv etmək ideya və fantaziyalarından imtina etmələri lazımdır. İkincisi isə İsrail İordan çayının Qərb Sahilindəki ərazilər üzərində təhlükəsizliyə nəzarət etmək hüququnu özündə saxlamalıdır", - deyə o əlavə edib.
Netanyahunun sözlərinə görə, əks təqdirdə "Fələstin vilayətlərində daha bir islam diktaturası yaranacaq".

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/netanyahu-yaxin-serq-nizamlanmasi-ucun-esas-sertleri-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR