Çin "quş qripi"nə qarşı vaksinlərin sınağına başlayıb

Çin "quş qripi"nə qarşı vaksinlərin sınağına başlayıb
07:42 17 Fevral 2017
108 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 fevral. REPORT.AZ/ Çinin Qida Məhsulları və Dərman Vasitələrinə Nəzarət Baş Dövlət İdarəsi "H7N9" virusuna qarşı ("Quş qripi") dörd növ vaksinin klinik sınağına başlanmasını təsdiq edib.
"Report" "Sinxua"ya istinadən xəbər verir ki, vaksinlər Pekində hazırlanır.
Müəssisə mütəxəssislərinin sözlərinə görə, klinik sınaqlar zamanı hazırlanmış vaksinlərin səmərəliliyi qiymətləndiriləcək.
Məlumata görə, Çin hökuməti bu vaksinlərin tezliklə bazara çıxması üçün əlindən gələni edəcək.
İlin əvvəlindən Çinin 16 əyalətində "quş qripi" virusu qeydə alınıb. Cari ilin yanvarında 192 nəfər "H7N9" virusuna yoluxub. Onlardan 79 nəfəri həyatını itirib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cin-qus-qripi-ne-qarsi-vaksinlerin-sinagina-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR