Barış Arduç Serenayın təklifini qəbul etdi - FOTO

Barış Arduç Serenayın təklifini qəbul etdi - FOTO
07:42 17 Fevral 2017
174 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Kiralık Aşk" serialının baş rol ifaçısı Barış Arduç "GQ Türkiyə" jurnalının keçirdiyi "İlin adamları" mükafatlandırma mərasimində iştirak edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor "İlin ən çox danışılan aktyoru" mükafatının sahibi olub.

O, mərasimdən sonra jurnalistlərə açıqlama verib.

"Kiralık Aşk"dan sonra bir müddət istirahət edəcəyini deyən aktyor belə deyib:

"Bir az Öməri unutdurmaq lazımdır. Bu səbəbdən bir müddət çəkilişlərə ara verəcəyəm. Önümüzdəki mövsümdə təkrar ekranda olmağı planlaşdırıram".

O, Serenay Sarıkayanın "Barış Arduçla bir serialda rol almaq istəyərdim" fikrinə belə münasibət bildirib:

"Serenay zərif xanımdır. Təşəkkür edirəm. Mən də onunla birgə rol almaq istəyərəm. Alınsa, gözəl olar. O, çox istedadlı qadındır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/518158.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR