Azərbaycanda planşet istehsal olunacaq

Azərbaycanda planşet istehsal olunacaq
08:03 17 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Gözdən əlillər üçün “Braille Pad” planşetlərinin istehsalına payızda başlanacağı gözlənilir.

Publika.az xəbər verir ki, bunu “BrailleX” şirkətinin rəhbəri Sayad İbrahimov deyib.

Onun sözlərinə görə, hazırda planşet kompüterlərin bir neçə nümunəsi var: “Bu məhsula həm funksionallıq, həm də dizayn baxımından müəyyən dəyişikliklər planlaşdırılır. Bu sahədə işlər əlavə maliyyələşmə əldə olunduqdan sonra aparılacaq”.

“Braille Pad” planşeti istifadəçilərə barmaq ucları ilə toxunmaqla bir çox funksiyadan tam şəkildə istifadə etməyə imkan verən çoxsətirli taktil ekranla təchiz olunacaq. (Trend)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/188132.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR