Deputat: "ABŞ və Rusiya BQ rəislərinin Bakıda görüşməsi Azərbaycana etimaddır"

Deputat: "ABŞ və Rusiya BQ rəislərinin Bakıda görüşməsi Azərbaycana etimaddır"
08:05 17 Fevral 2017
99 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford və Rusiya Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovun görüş yeri üçün məhz Azərbaycanı seçməsi ölkəmizə göstərilən etimad və etibarın nümunəsidir.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib.

B.Sadıqov bildirib ki, həm Rusiya, həm də ABŞ dünyada söz sahibi olan dövlətlərdir: "Əgər biz düşünsək ki, hər iki dövlət ATƏT-in Minsk qrupunun həmsədridir, hesab edirəm ki, bu görüş Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından Azərbaycan üçün siyasi bir xaldır. Eyni zamanda Azərbaycanın belə bir görüşə ev sahibliyi etməsi həmin dövlətlərin yanında Azərbaycanın nüfuzunun yüksək olmasından da xəbər verir. Ona görə də bu görüşün Azərbaycanda keçirilməsini yüksək qiymətləndirirəm. Ümid edirəm ki, görüşdə qarşıya qoyulan məqsədə nail olunacaq və bu da Azərbaycanın nüfuzunu daha da artıracaq".

Deputat əlavə edib ki, artıq Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi üçün mərkəzə çevrilməsi təsdiq olunmuş bir aksiomdur: "Azərbaycanın beynəlxalq birlikdə tutduğu mövqe bu cür tədbirlərin tez-tez ölkəmizdə keçirilməsinə imkan verir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/518318.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR