Başla topa zərbə endirmək ciddi fəsadlara səbəb olurmuş

Başla topa zərbə endirmək ciddi fəsadlara səbəb olurmuş
08:12 17 Fevral 2017
92 İdman
Ölkə mətbuatı
A- A+

Britaniya alimlərinin araşdırma nəticələrinə görə topa başla zərbə endirmək beyin funksiyalarının pozulması və demensiyanın (ağlın zəifləməsi) inkişafına gətirib çıxarır. Milli.Az goal.az-a istinadən xəbər verir ki, London və Kardiff Universitetinin mütəxəsisləri 1980-2010-cu illərdə 14 futbolçunun üzərində müşahidə aparıblar. Onların hər birinin orta hesabla 26 il futbol oynadığı qəbul edilmişdir. 60 yaşdan sonra həmin şəxslərdə demensiya əlamətləri özünü göstərməyə başlayıb. Dünyasını dəyişəndən sonra 6 futbolçunun 4-də boksçulara xas olan xroniki beyin travmaları aşkar olunub.

Araşdırma müəllifləri xüsusi qeyd edir ki, topa başla zərbə endirməyin uşaqlara nə dərəcədə ziyan vurduğunu təhlil etməyiblər. İngiltərə Futbol Assosasiyası artıq bu istiqamətdə müəyyən tədbirlər görməyə söz verib. UEFA da buna reaksiya verib. Qurum məsələ ilə bağlı xüsusi araşdırma aparacağını bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/518194.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR