Azərbaycanda müşahidə edilən hava şəraiti ilə əlaqədar dəmir yolundan istifadə edənlərin sayı artıb

Azərbaycanda müşahidə edilən hava şəraiti ilə əlaqədar dəmir yolundan istifadə edənlərin sayı artıb
09:22 17 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 fevral.REPORT.AZ/ Azərbaycanda müşahidə olunan sərt hava şəraiti ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" QSC-nin kollektivi gücləndirilmiş iş rejimində çalışır. Cəmiyyətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovadan "Report"a daxil olan məlumata görə, hava şəraiti ilə əlaqədar sürət həddi azaldıldığından qısamüddətli gecikmələr nəzərə alınmasa, qatarların hərəkətində heç bir problem qeydə alnmayıb.
"Bu günlərdə sərnişinlər dəmir yolundan istifadəyə üstünlük verirlər. Bununla bağlı gün ərzində ölkədaxili işləyən sərnişin qatarlarında 1 000 nəfərdən çox artım müşahidə olunur. Sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin edilir. Bakı-Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarının hərəkətində də heç bir gecikmə baş verməyib", - deyə S. Qədirova əlavə edib.
Qeyd edək ki, sərnişinlərin və hərəkət tərkiblərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər reallaşdırılır. İnfrastruktur Departamentinin kollektivi tərəfindən dəmir yolunun üst quruluşu elementlərinə, yəni rels bərkidicilərinə, relslər arasındakı məsamələrə gün ərzində bir neçə dəfə baxış keçirilir, qartəmizləyən texnikalar saz vəziyyətə gətirilir.
"Sərnişin daşımaları Departamenti də bir sıra vacib məqamlara diqqəti artırıb. Belə ki, reysə çıxmazdan əvvəl sərnişin vaqonlarının istilik sistemi bir daha yoxlanılır. Eyni zamanda vağzallardakı gözləmə zallarında istilik sisteminin, kondisionerlərin normal işləməsi diqqətdə saxlanılır", - deyə S.Qədirova qeyd edib.  

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycanda-musahide-edilen-hava-seraiti-ile-elaqedar-demir-yolundan-istifade-edenlerin-sayi-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR