AMB tender keçirir

AMB tender keçirir
09:22 17 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı informasiya sistemlərinin ehtiyat mərkəzində ehtiyat surətlərinin yaradılması üçün tender elan edib.
“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumata görə, tender 3 lot üzrə keçirilir. Bunlar nağd pulun idarəetmə sisteminin Yevlax Ehtiyat Mərkəzində ehtiyat surətinin yaradılması (Lot-1), portfel idarəetmə sisteminin Yevlax Ehtiyat Mərkəzində ehtiyat surətinin yaradılması (Lot-2) və elektron imza üzrə sertifikatlaşma sistemi üçün təhlükəsizlik modullarının Sumqayıt və Yevlax Ehtiyat Mərkəzlərində qurulmasıdır (Lot-3). Hər lot üzrə iştirak haqqı 100 manatdır.
İddiaçılar ilkin sənədləri martın 10-na qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə martın 28-nə qədər AMB-nin inzibati binasının yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanına təqdim etməlidirlər. Əlaqələndirici şəxs İnformasiya texnologiyaları departamentinin əməkdaşı Elman Muradovdur. Telefon: (012) 493-11-22 (daxili 499)
Təkliflərə martın 29-da, saat 15:00-da sözegedən ünvanda baxılacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/amb-tender-kecirir-111

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR