Pakistan Əfqanıstanla sərhədi bağladı

Pakistan Əfqanıstanla sərhədi bağladı
09:37 17 Fevral 2017
115 Dünya
Ölkə mətbuatı
A- A+

Pakistan ötən gün Sehvan-Şərif şəhərində baş vermiş terror hadisəsindən sonra Əfqanıstanla sərhədini qeyri-müəyyən vaxta bağlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Pakistan Ordusunun rəsmi nümayəndəsi, general-mayor Asif Qafur bildirib.

Onun sözlərinə görə, bu, təhlükəsizlik tədbirləri və terror hadisəsinin araşdırılması məqsədilə həyata keçirilən tədbirdir.

Qeyd edək ki, ötən gün Pakistanın Sehvan-Şərif şəhərində Lal Şahbaz Qələndərin məqbərəsi yaxınlığında partlayış baş verib. Partlayış nəticəsində 74 nəfər ölüb, 300-dən çox adam yaralanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/518339.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR