"Trabzonspor"un bəyənmədiyi oyunçu Premyer Liqada

"Trabzonspor"un bəyənmədiyi oyunçu Premyer Liqada
09:42 17 Fevral 2017
96 İdman
Ölkə mətbuatı
A- A+

Uruqvaylı oyunçu Martin Kasaresin yeni klubunun adına aydınlıq gəlib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, müdafiəçi Premyer Liqa təmsilçisi "Sauthempton"la anlaşıb.

Tərəflər mövsümün sonuna kimi anlaşma əldə ediblər. Son klubu "Yuventus" olan Kasares ardıcıl zədələr səbəbindən Turin klubunda möhkəmlənə bilməmişdi.
 
Qeyd edək ki, uruqvaylı ilə qış "transfer pəncərəsi" zamanı "Trabzonspor" ciddi maraqlansa da, sonradan bu keçiddən imtina etmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/518341.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR