ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağdakı qondarma referendumun nəticələrini tanımır

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağdakı qondarma referendumun nəticələrini tanımır
09:42 17 Fevral 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 fevral. REPORT.AZ/ "Ermənistan və Azərbaycan da daxil olmaqla, tərəflərdən heç biri Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır".
"Report" xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin Münhendə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşlərinin yekunu olaraq yayılmış bəyanatında deyilir.
Vasitəçilər fevralın 20-də Azərbaycanın işğal olunmuş ərazilərində - Dağlıq Qarabağda qondarma referendum keçirilməsindən xəbərdar olduqlarını, amma bu referendumun nəticələrinin Dağlıq Qarabağın hüquqi statusunun təsir edən hüquqi statusa malik olmasını tanımadıqlarını bildiriblər.
"Nəticələr heç bir halda Dağlıq Qarabağın yekun statusunu və ya Dağlıq Qarabağ münaqişəsinin davamlı və sülh yolu ilə həllinə nail olmaq məqsədi ilə davam edən danışıqların gedişatını müəyyənləşdirməyə əsas deyil", - bəyanatda deyilir.
Bəyanat, həmçinin həmsədrlərin mart ayında regiona növbəti dəfə səfər etməyi planlaşdırdıqları qeyd edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/atet-in-minsk-qrupunun-hemsedrleri-dagliq-qarabagdaki-qondarma-referendumun-neticelerini-tanimir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR