Barselona Olimpiadasının talismanı öldü

Barselona Olimpiadasının talismanı öldü
10:05 17 Fevral 2017
106 Dünya
Ölkə mətbuatı
A- A+

1992-ci il Barselonada keçirilən Olimpiya Oyunlarının talismanının şərəfinə adlandırılan Kobi ləqəbli panda ölüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, panda 25 yaşında Çinin cənub-qərbində, Çendu şəhərindəki heyvanxanada ölüb.

Qeyd edək ki, insan yaşı ilə müqayisədə bu, panda üçün 75 yaş deməkdir.

Panda 1992-ci il iyulun 26-da doğulduğu üçün və həmin gün Olimpiya Oyunlarının açılışı ilə üst-üstə düşdüyü üçün Beynəlxalq Olimpiya Komitəsinin həmin dövrdəki prezidenti Xuan Antonio Samaranç tərəfindən talisman adlandırılıb.

Panda yanvarın 31-də komaya düşüb və bütün səylərə baxmayaraq, fevralın 2-də ölüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/518347.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR