Hava şəraiti ilə əlaqədar istehlakçıların qazla təminatı artırılıb

Hava şəraiti ilə əlaqədar istehlakçıların qazla təminatı artırılıb
10:07 17 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 fevral. REPORT.AZ/ Hava şəraitinin qarlı, şaxtalı keçməsi "Azəriqaz" İB-ni Bakının bəzi rayonlarında planlaşdırılmış təmir işlərini təxirə salmasına səbəb olub. Bunu "Report"a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib.
İ.Kərbalayevin sözlərinə görə, havanın soyuq keçməsi qaza olan cari tələbatı da artırıb: "Hava şəraiti ilə əlaqədar Abşeron, Binəqədi, Nizami, Nəsimi, Yasamal, Xəzər, Sabunçu və Xətai rayonlarında nəzərdə tutulmuş təmir işləri təxirə salınıb. Bu gün ərzində abonentlərin təbii qaza tələbatı 1,446 mln. kubmetr artıb".
"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə ötən gün ərzində elektrik enerjisi verilişində problem yaranmadığını deyib: "Havanın soyuq keçməsinə və xətlərimizin əvvəlki günlərə nisbətən daha artıq yüklənməsinə baxmayaraq, abonentlərin elektrik enerjisi ilə təchizatında heç bir problem yaranmayıb".

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/hava-seraiti-ile-elaqedar-istehlakcilarin-qazla-teminati-artirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR