Rəşad Sadıq əcnəbi hakim istəyir

Rəşad Sadıq əcnəbi hakim istəyir
10:07 17 Fevral 2017
97 İdman
Ölkə mətbuatı
A- A+

“Qarabağ"ın və millimizin kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqasına əcnəbi hakimlərin dəvət olunmasının tərəfdarıdır. 


Fanat.Az xəbər verir ki, təcrübəli müdafiəçi "CBC Sport" kanalında qonağı olduğu "3-cü hissə" verilişində bu təkliflə çıxış edib: 


"Yüksək səviyyəli hakimlərimiz azdır. Onlar da ardıcıl oyunlar idarə edir, fiziki və psixoloji cəhətdən yüklənirlər. Qarşıdakı turda isə çempionluq uğrunda mühüm olan "Qəbələ" - "Qarabağ" matçı var. Belə vacib oyunlara əcnəbi hakimlərin dəvət olunması daha məqsədəuyğun olardı. Vaxtı ilə Azərbaycanda belə praktika olub. Azərbaycan çempionatı ilə yanaşı, ölkə kubokunada Almaniyadan hakimlər dəvət olunmuşdu".   


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-rad-sadq-cnbi-hakim-istyir-t56317.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR