Azərbaycan səfiri Pakistanda törədilmiş terror aktı ilə əlaqədar başsağlığı verib

Azərbaycan səfiri Pakistanda törədilmiş terror aktı ilə əlaqədar başsağlığı verib
10:12 17 Fevral 2017
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Sehvan şəhərində törədilmiş terror aktı ilə əlaqədar başsağlığı verib.
"Report" xəbər verir ki, Ə.Əlizadə Sindh əyalətinin Lal Şahbaz Qələndər türbəsində törədilmiş terror aktını qınayıb.
"Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir, yaralıların tezliklə sağalmasını diləyirəm", - səfir "Twitter" səhifəsində yazıb.
Xatırladaq ki, terrorçu-kamikadzenin özünü sufi türbəsində partlatması nəticəsində 72 nəfər ölüb, 150 nəfər yaralanıb. Terror hücumuna görə, məsuliyyəti İŞİD üzərinə götürüb.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycan-sefiri-pakistanda-toredilmis-boyuk-terror-akti-ile-elaqedar-bassagligi-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR