Skoulzdan "Mançester Yunayted"ə məsləhət

Skoulzdan "Mançester Yunayted"ə məsləhət
10:12 17 Fevral 2017
102 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted"in üzərində həmişə təzyiq olur. Komandanın Premyer Liqa və Çempionlar Liqasının qalibi olması vacibdir".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözlər keçmiş futbolçu Pol Skoulza məxsusdur.   

"Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Britaniya mətbuatına açıqlama verib. Skoulz "mankunianlar"a "Atletiko"nun üzvü Antuan Qrizmannı transfer etməyi məsləhət görüb: "Uğur qazanmaq üçün yaxşı oyunçular gətirilməlidir. "Mançester Yunayted"in gənc futbolçuları yüksək səviyyəli oyun göstərə bilmirlər. Əgər Qrizmannı gətirmək mümkündürsə, niyə də buna cəhd etməyəsən? Çünki komandaya əlavə güc qata biləcək futbolçudur".
 
Qeyd edək ki, 1993-2011 və 2012-2013-cü illərdə "Mançester Yunayted"in formasını geyinmiş Skoulz 1997-2004-cü illərdə isə İngiltərə millisinin şərəfini qoruyub.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/518348.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR