Qar 7 nəfəri xəstəxanalıq etdi - Bu gün

Qar 7 nəfəri xəstəxanalıq etdi - Bu gün
10:13 17 Fevral 2017
642 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saatlarında Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna Bakıya yağan güclü qar və yolların buz bağlaması nəticəsində yıxılaraq travma alan 7 nəfər gətirilib.

Bu barədə “Report”a institutun direktoru, Azərbaycanın baş travmatoloqu Vaqif Verdiyev məlumat verib.

V.Verdiyev xəsarət alanlardan üçündə mil sümüyünün tipik yerdən sınığı, digər üçündə əzilmə, bir nəfərində isə yüngül travma qeydə alınıb: “Müraciətlərin ikisi Yasamal rayonu ərazisindən olub”.

O, həmçinin qeyd edib ki, instituta gün ərzində gətiriləcək xəstələrin sayında artım olacağı istisna edilmir.

Baş travmatoloq bu cür havalarda əhalini daha da ehtiyatlı olmağa çağırıb. O, insanlara bu cür havada yolu yalnız işıqfor olan ərazilərdən keçməyi məsləhət görüb: “Yaşlılar isə belə havada evdən çölə çıxmasa yaxşıdır. Bundan başqa, yeraltı piyada keçidlərindən istifadə məqsədəuyğundur. Yaxud da yolu keçən zaman ətrafdakıların köməyindən istifadə etmək lazımdır”.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev isə “Report”a açıqlamasında deyib ki, hələlik qarlı hava şəraiti ilə əlaqədər onlara müraciət daxil olmayıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/188148.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR