Klas-Yan Huntelaar 16-cı oldu

Klas-Yan Huntelaar 16-cı oldu
10:32 17 Fevral 2017
96 İdman
Ölkə mətbuatı
A- A+

"Şalke"nin hücumçusu Klas-Yan Huntelaar öz göstəricisini bir qədər də yaxşılaşdırıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, hollandiyalı forvard avrokuboklarda daha bir dəfə fərqlənib.

Belə ki, Avropa Liqasının 1/16 final mərhələsində PAOK-la səfər qarşılaşmasında "Şalke"nin 3-cü qoluna imza atan Huntelaar avrokuboklarda qollarının sayını 50-yə çatdırıb. 33 yaşlı futbolçu buna 81 matçda nail olub. Huntelar bu qollardan 34-nü Avropa Liqasında, 16-nı isə Çempionlar Liqasında vurub. O, "Şalke"də 31, "Ayaks"da 14, "Herenven"də isə 5 dəfə fərqlənib.
 
Hollandiya millisinin üzvü avrokuboklarda 50 qol səddinə çatan 16-cı futbolçu olub. Bu baxımdan "Real"ın hücumçusu Kriştianu Ronaldu 98 qolla liderdir. Onu 96 topla "Barselona"nın oyunçusu Lionel Messi izləyir.
 
Qeyd edək ki, PAOK - "Şalke" görüşü qonaqların 3:0 hesablı qələbəsi ilə nəticələnib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/518354.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR