Trampdan “nüvə Xolokostu” XƏBƏRDARLIĞI: “Rusiya və ABŞ...”

Trampdan “nüvə Xolokostu” XƏBƏRDARLIĞI: “Rusiya və ABŞ...”
10:43 17 Fevral 2017
131 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp mətbuat konfransında KIV-i tənqid edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, prezidentin sözlərinə görə, yanlış reportajlar Rusiya ilə saziş bağlamaq imkanını çətinləşdirir.

Tramp həmçinin vurğulayıb ki, Rusiya ilə yola getmək istəyərdi. Hərçənd, onun sözlərinə görə, siyasi planda vəziyyət çox da yaxşı deyil. Bundan başqa, prezident iki dövlətin razılaşa bilib-bilməyəcəyindən dəqiq əmin deyil.

“Əgər biz yola gedə biləcəyiksə, onda bu, müsbət haldır. Bizdə çox istedadlı insan var. Reks Tillerson (ABŞ-ın dövlət katibi – red.) onlarla görüşəcək. Rusiya ilə bağlı daha sərt kursu həyata keçirmək olardı. Amma mən amerikalılar üçün düzgün şeylər etmək istəyirəm. İkinci növbədə, mən bütün dünya üçün düzgün şeylər etmək istəyirəm. Rusiya və ABŞ iki güclü nüvə dövlətidir. “Nüvə Xolokostu” heç nə ilə müqayisə oluna bilməz. Əgər bizim yaxşı münasibətlərimiz yaranacaqsa, mənə inanın, bu, yaxşı olacaq”, - deyə Tramp əlavə edib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/188154.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR