"Anglo-Asian Mining" kredit borcunun strukturunu dəyişib

"Anglo-Asian Mining" kredit borcunun strukturunu dəyişib
10:47 17 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycanda qızıl hasilatı ilə məşğul olan "Anglo-Asian Mining" şirkəti Hollandiyanın "Amsterdam Trade Bank N.V." (ATB N.V) bankına olan kredit borcunun bir hissəsini "Gazprombank (Switzerland) Ltd." (GPBS) bankına transfer etdiyini bildirib. Köçürülən kredit borcunun ABŞ dollarında olduğu qeyd olunur.
Şirkətdən verilən açıqlamaya görə, "Anglo-Asian Mining" 2013-cü ilin oktyabr ayında "ATB N.V" bankından qələviləşdirmə zavodunun tikintisi üçün 37 mln. dollar kredit alıb. Bu kreditin 31 dekabr 2016-cı il tarixinə qalığı 17,3 mln. dollar təşkil edib. "Anglo-Asian Mining" 15 fevral 2017-ci il tarixinə qalıq borcunun yarısının, yəni 8,6 mln. dolların "GPBS" bankına transfer əməliyyatının tamamlandığını açıqlayıb. Kredit şərtlərinin dəyişmədiyi və "ATB N.V" bankının hər iki banka aid olan kredit borcunun idarə olunması üzrə agent qismində iştirak etdiyi qeyd olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/anglo-asian-mining-kredit-borcunun-strukturunu-deyisib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR