Qarlı hava şəraiti üzündən Azərbaycan çempionatının oyunu təxirə salınıb

Qarlı hava şəraiti üzündən Azərbaycan çempionatının oyunu təxirə salınıb
10:57 17 Fevral 2017
53 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 17 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan I Divizionunda XVI turun bir oyunu təxirə salınıb. "Report"un məlumatına görə, Qusarda "Şahdağ" və "Bakılı" komandaları arasında keçirilməli olan qarşılaşma baş tutmayacaq. 
Səbəb kimi ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti göstərilib. Peşəkar Futbol Liqasının qərarına əsasən, qarşılaşma martın 30-da oynanılacaq. 
Qeyd edək ki, daha əvvəl I Divizionda XIV turun bütün görüşləri fevralın 27-nə keçirilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qarli-hava-seraiti-uzunden-azerbaycan-cempionatinin-oyunu-texire-salinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR