Lerikdə qar uçqunu olub, bəzi kəndlərlə əlaqə kəsilib

Lerikdə qar uçqunu olub, bəzi kəndlərlə əlaqə kəsilib
11:02 17 Fevral 2017
127 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran. 17. fevral. REPORT.AZ/ Cənub bölgəsinə güclü qar yağıb. 
"Report"un Cənub bürosunun verdiyi melumata görə, Lerik rayonunun ucqar kəndlərində qalın qalınlığı 1,5 metrə çatıb. Rayon mərkəzini kəndlərlə birləşdirən, Bürsülüm ərazi vahidliyindən keçən yolda qar uçqunu baş verib. Bir neçə kəndin rayon mərkəzi ilə əlaqəsi tamami ilə kəsilib. 
Rayonun Orand ərazisində qarın qalınlığı 1,5 metrdən çoxdur və yollar bağlanıb. Ötən gündən rayonun mərkəzində və bəzi kəndlərdə elektrik enerjisi fasilələrlə verilsə də bəzi kəndlərdə işıq tamai ilə sönüb. Elektrik naqilləri və dirəklər sıradan çıxıb. 

Lənkəran şəhəri ərazisində qarın qalınlığı 15 santimetrə çatıb. Rayonun ucqar dağ kəndlərində isə qarın qalınlığı 1 metrdən çoxdur. Ucqar kənlərlə əlaqə kəsilib və elektrik enerjisinin verilişində qısa fasilələr yaranıb. Ötən gecə yağan qar güclü küləklə müşahidə olunduğundan yollar buz bağlayıb və nəqliyyatın hərəkəti çətinləşib. Rayondakı texnikalar əsas yolların qardan və buz qatından təmizlənməsinə yönəldilib. Rayonun dağ kəndlərində yerləçşən orta məktəblərdə davamiyyət minimuma enib.












Xəbərin orijinal ünvanı: https://report.az/hadise/lerikde-qar-ucqunu-olub-bezi-kendlerle-elaqe-kesilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR