"Azəravtoyol": Regiondakı sürücülər qarlı havaya daha çox hazırlıqlıdır

"Azəravtoyol": Regiondakı sürücülər qarlı havaya daha çox hazırlıqlıdır
11:07 17 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycanda yağan qar paytaxt və ölkənin əsas avtomobil yollarında ciddi problem yaratmayıb. 
Bunu "Report"a açıqlamasında "Azəravtoyol" ASC-nin məbtuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib: "Bakının giriş və çıxışında, habelə əsas yollarda da problem müşahidə edilmir".
Onun sözlərinə görə, hazırda Bakıda əsas problem bu cür hava şəratinə hazır olmayan sürücülər sayəsində yaranır: "Bakının mərkəzində bəzi yollarda tıxac müşahidə edilir və həmin hissələrə "Azəravtoyol"un texnikası daxil ola bilmir. Hazırlıqsız sürücülər əsasən enişli-yoxuşlu yollarda qalıblar və digər sürücülərə də maneələr törədirlər, yolu bağlayırlar".
Onun sözlərinə görə, regionların yollarında da ciddi problem yoxdur: "Əslində, Bakı ilə müqayisədə region sürücüləri belə hava şəratinə daha hazırlıqlıdır". 

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azeravtoyol-regiondaki-suruculer-qarli-havaya-daha-cox-hazirliqlidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR