Avtomobildə külli miqdarda siqaret aşkarlandı - FOTO

Avtomobildə külli miqdarda siqaret aşkarlandı - FOTO
11:23 17 Fevral 2017
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Aksiz Baş Gömrük İdarəsinə aksiz markasız siqaretlərin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilərək satılması barədə əməliyyat məlumatı daxil olub.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, məlumat əsasında, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən fevralın 16-da əməliyyat tədbirləri keçirilib.

Əməliyyat tədbirləri nəticəsində, Azərbaycan vətəndaşı Əliyev Şahin Razim oğlunun idarə etdiyi “VAZ 21074” markalı, “90 LP 367” dövlət qeydiyyat nişanlı minik avtomobili Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində saxlanılıb. Avtomobilə baxış zamanı külli miqdarda aksiz markasız xarici markalı siqaret aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/188165.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR