Polisin tələb etdiyi kreslolar neçəyədir? - FOTO

Polisin tələb etdiyi kreslolar neçəyədir? - FOTO
11:42 17 Fevral 2017
233 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi avtomobillərdə azyaşlıların daşınması zamanı xüsusi oturacaqlardan (avtokreslo) istifadə edilməməsinə görə sürücülərin cərimələnəcəyini açıqladı. Həmçinin, təhlükəsizlik məqsədi ilə arxa oturacaqlarda da "avtokreslo"ların istifadə edilməli olduğu bildirildi. Bundan sonra isə sosial şəbəkələrdə vətəndaşlar "avtokreslo"ların qiymətlərindən şikayətlənməyə başladılar.

Milli.Az xəbər verir ki, qafqazinfo bununla bağlı kiçik araşdırma apararaq bazarda xüsusi oturacaqların hansı qiymətə satıldığını müəyyən edib.

Bəlli olub ki, yeni "kreslo"ların qiyməti 150-350 manat arası dəyişir.

Alqı-satqı saytlarında sürücülər işlənmiş oturacaqlar da təklif edirlər. Bu zaman isə qiymət "kreslo"nun vəziyyətindən asılı olaraq dəyişir. İkinci əl xüsusi oturacaqlar isə 40-100 manat qiymətə satılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/518383.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR