Beyonse evində qonaqlıq verdi - FOTO

Beyonse evində qonaqlıq verdi - FOTO
11:47 17 Fevral 2017
167 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünyanın ən məşhur müğənnilərindən biri, amerikalı Beyonse Nouls "Grammy" mükafatlarını alması münasibətilə parti təşkil edib.

Milli.Az TMZ-yə istinadən bildirir ki, Beyonse Nouls və əri, reper-prodüser Cey Zinin malikanəsində təşkil olunmuş partiyə ailə üzvləri, qohumlar və dostlar dəvət olunmuşdular.

35 yaşlı Beyonse Nouls "Lemonade" albomuna görə "Ən yaxşı urbanistik albom", "Formation" mahnısının videoklipinə görə isə "Ən yaxşı klip" nominasiyalarında "Grammy" almışdı.

Əkizlərə hamilə olan Beyonse partidə qədim yunanların toqasına bənzər paltarda idi. Partidəki qonaqlar arasında Beyonsenin bacısı Solanj Nouls və onun əri Alan Ferqüsson, habelə Kelli Rouland da vardı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində










Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/518329.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR