"Burda məntiqsiz olan nə var?" - Robert Prosineçki

"Burda məntiqsiz olan nə var?" -   Robert Prosineçki
11:57 17 Fevral 2017
109 İdman
Ölkə mətbuatı
A- A+

"Həyat kimi, futbolda da gözlənilməz şeylər baş verir. Futbolda mümkünsüz heç nə yoxdu. "Lester" necə İngiltərə Premyer Liqasının qalibi oldu? Bu, əladı! Avropanın "10-luğ"undakı komandaların daim Çempionlar Liqasının 1/4 final, yarımfinal və final mərhələsinə yüksəlməsi necə görünərdi? PSJ-nin "Barselona"nı 4:0 hesabı ilə məğlub etməsi maraqlıdı. Bu, aydın tendensiyadı. Yüksəliş yaşayan klubların başına bu cür işlər gəlir".


Fanat.Az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki deyib. "Jutarnji List"ə müsahibə verən xorvat mütəxəssis "Barselona"nın Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda PSJ-yə 0:4 hesablı məğlubiyyətini şərh edib. 


Prosineçki "Messi harada idi" sualını verənləri başa düşmədiyini də vurğulayıb. O, argentinalı futbolçunun hər oyunda yüksək səviyyədə çıxış etməsinin mümkünsüz olduğunu söyləyib: "Messi 10 il fantastik səviyyədə oynayıb. Bir gün hər şey alınar, bir gün yox. Burda məntiqsiz olan nə var? Soruşursunuz ki, "Messi harada idi"? Heç bir futbolçu 10 il ərzində bütün oyunları yüksək səviyyədə keçirə bilməz. İnanın mənə. Bir gün onlar pis oynayanda, hər kəs bunu soruşur. Kim bilir, bəlkə Messi oyundan öncə yaxşı yata bilməyib? Uzun illər heç kimin bacarmadığı şəkildə bizi heyrətləndirib. PSJ həqiqətən də yaxşı oynadı. Ancaq "Barselona" da zəif çıxış etdi. Vaxtilə "Barselona"da çıxış etməyimə rəğmən, düşünürəm ki, Parisdəki gecə futbol üçün yaxşı hadisədi".


Qeyd edək ki, Robert Prosineçki 1995/1996 mövsümündə "Barselona"nın formasını geyinib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotburda-mntiqsiz-olan-n-varquot-t56323.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR