Hərbi dənizçilərlə Ombudsman Aparatı nümayəndələrinin görüşü keçirilib

Hərbi dənizçilərlə Ombudsman Aparatı nümayəndələrinin görüşü keçirilib
11:57 17 Fevral 2017
117 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycanın Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı arasında imzalanan 2017-ci il üçün birgə tədbirlər planına əsasən Hərbi Dəniz Qüvvələrinin tabeliyindəki hərbi hissələrdə “Ombudsman təsisatı və bu təsisatın hərbi qulluqçuların hüquqlarının müdafiəsi yönümündə apardığı işlər” mövzusunda, həmçinin insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə əlaqədar şəxsi heyətlə görüş keçirilib. 
"Report" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Hərbi Dəniz Qüvvələri komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətovun Ombudsman Aparatının hərbi qulluqçuların hüquqi müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və böyük məsləhətçi Murad Babayev ilə görüşü keçirilib.
Gəmilərin komandir və rəis heyətinin də iştirak etdiyi tədbirdə müxtəlif mövzularda məruzələr dinlənilib və fikir mübadiləsi aparılıb. Sonra qonaqlar gəmilərdə şəxsi heyətin sosial məişət şəraiti ilə tanış olublar.





Xəbərin orijinal ünvanı: https://report.az/herbi/herbi-denizcilerle-ombudsman-aparati-numayendelerinin-gorusu-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR