"Azəravtoyol" yollardakı son durumu açıqladı

"Azəravtoyol" yollardakı son durumu açıqladı
11:58 17 Fevral 2017
123 Ölkə
Ölkə mətbuatı
A- A+

Qeyri-sabit hava şəraiti ilə bağlı olaraq “Azəravtoyol” ASC- gecə boyu gücləndirilmiş iş rejimində çalışıb. Hazırda “Azəravtoyl” ASC-nin balansında olan avtomobil yollarında vəziyyət normaldır.

Bu barədə Publika.az-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, “Azəravtoyol” ASC-nin əməkdaşları gecədən başlayaraq Bakı şəhərində cəmiyyətin balansında olan küçə və prospektlərə, o cümlədən respublikanın avtomobil yollarına qarın təmizlənməsinə və buzlaşmanın qarşısını alınması üçün kifayət qədər maşın-mexanizm və texnika cəlb edib.

A.Nəcəfli bildirib ki, “Azəravtoyol” ASC-yə məxsus maşın-mexanizmlər və canlı qüvvə gecə boyu və səhər saatlarından başlayaraq qarın ən çox yağdığı və buzlaşmanın olduğu əraziləri, problemli yolları nəzarətdə saxlayıb, hərəkətin təhlükəsizliyi təmin olunması məqsədi ilə tədbirlər görülüb.

“Cəmiyyət tərəfindən aparılan qabalayıcı tədbirlərin nəticəsində qısa müdət ərzində problem müşahidə olunan ərazilərdə avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təmin olunub”.

Xatırladaq ki, “Azəravtoyol” ASC-nin yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi istiqamətində gördüyü işlərə baxmayaraq yenə də nasaz, şinləri mövsümə uyğun olmayan, şinlərin protektorları yeyilmiş və təcrübəsiz sürücülər tərəfindən idarə olunan avtonəqliyyat vaitələri digər sürücülərin də hərəkətinə maneə törətməklə, yollarda tıxacların yaranmasına səbəbkar olublar. Üstəlik texnikaların vaxtında həmin ərazilərə cəlb olunmasına problem yaradıblar. Buna görə də “Azəravtoyol” ASC tərəfindən bu cür hazırlıqsız sürücülərə yollara çıxmamalarını tövsiyyə edir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/188176.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR