Gimnastımız azarkeşləri milli komandanı dəstəkləməyə çağırıb - FOTO

Gimnastımız azarkeşləri milli komandanı dəstəkləməyə çağırıb - FOTO
12:05 17 Fevral 2017
83 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bütün azarkeşləri batut gimnastikası və tamblinq üzrə Dünya Kubokuna gəlib bizi dəstəkləməyə çağırıram".

Milli.Az xəbər verir ki, bu sözləri Trend-ə azərbaycanlı gimnast Mixail Malkin deyib.

M.Malkin bildirib ki, o, yarışlara uzun müddət və çox ciddi hazırlaşıb və Stavropolda təlim-məşqlərdə olub.

M.Malkin öz proqramını çətinləşdirdiyini deyib: "Əgər mən bütün kombinasiyaları stabil keçsəm, yüksək yerlər uğrunda mübarizə aparmaq olar. Bütün azarkeşləri bizə azarkeşlik etməyə, komandamıza inanmağa çağırıram. Ümumilikdə, mən əminəm ki, Bakıdakı Dünya Kuboku əla keçəcək".

O qeyd edib ki, Dünya Kubokunun Bakı mərhələsindən sonra daha bir mərhələ keçiriləcək və Azərbaycan bu yarışda da iştirak edəcək: "Biz çalışacağıq ki, bu yarışda yaxşı iştirak edək. Sonra isə biz noyabrda Bolqarıstanda keçiriləcək Dünya Çempionatına hazırlaşacağıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/518423.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR