Azərbaycandan Gürcütüsta pul köçürmələri azalıb

Azərbaycandan Gürcütüsta pul köçürmələri azalıb
12:07 17 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 fevral. REPORT.AZ/ Ötən ay Azərbaycandan Gürcüstana 1 289,5 min ABŞ dolları həcmində vəsait göndərilib. Bu da 2016-cı ilin dekabr ayı ilə müqayisədə Azərbaycandan Gürcütana pul köçürmələrinin həcminin 595,6 min dollar və ya 31,5% azalması deməkdir.
"Report" bu barədə "Biznes Qrusiya"ya istinadən xəbər verir.
Həmçinin, ötən ay Gürcüstandan Azərbaycana müxtəlif elektron pulköçürmə sistemləri ilə 545,3 min dollar həcmində vəsait köçürülüb. Bu da 2016-cı ilin yanvar ayı ilə müqayisədə 53,7% və ya 190,6 min dollar çoxdur. 2016-cı ilin dekabr ayı ilə müqayisədə isə 2017-ci ilin yanvarında Gürcütandan ölkəyə pul köçürmələri 354,1 min dollar və ya 39,4% azalıb. 
Qeyd edək ki, 2017-ci ilin yanvar ayında Azərbaycandan Gürcüstana pul köçürmələrinin həcmində 2015-ci ilin dekabr ayı ilə müqayisədə isə 934,8 min dollar və ya 63,65% artım qeydə alınıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycandan-gurcutusta-pul-kocurmeleri-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR