Əflatun Amaşov: “Bəzən Milli Məclisin fəaliyyəti ilə bağlı mediada qərəz olur”

Əflatun Amaşov: “Bəzən Milli Məclisin fəaliyyəti ilə bağlı mediada qərəz olur”
12:18 17 Fevral 2017
74 Ölkə
Ölkə mətbuatı
A- A+

“Bəzi hallarda Milli Məclisin fəaliyyəti ilə bağlı mediada qərəz olur. Nə qədər obyektiv olsaq, peşə davranış qaydalarna əməl etsək, media qələbə qazanar”.

Publika.az xəbər verir ki, bu fikirləri Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bu gün Milli Məclisdə aparıcı KİV-lərin rəhbərləri ilə keçirilən görüşdə çıxışı zamanı bildirib.

Ə.Amaşov deyib ki, bu gün keçirilən görüşdə də bu kimi məsələlərin həlli və müvafiq razılığa gəlinməsi nəzərdə tutulur:

“Azərbaycan mətbuat “Əkinçi”dən başlayır. Lakin müstəqillik qazandıqdan sonra mətbuatımız ən demokratik institutlardan birinə çevrilib. Azərbaycan mətbuatı dünyanın çox ölkəsində olmayan, dövlətə söykənən mətbuatdır. Bu gün ölkəmizdə 40-a yaxın gündəlik, 250-ə yaxın həftəlik qəzet, bir o qədər də xəbər portalları fəaliyyət göstərir. Azərbaycan mətbuatı milli, vətənpərvər mətbuatdır”.

Milli Məclislə Mətbuat Şurası arasında memorandumun imzalandığını da vurğulayan Ə.Amaşov qeyd edib ki, əsas məqsəd Milli Məclisin fəaliyyətini olduğu kimi işıqlandırmaqdır.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/188180.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR